Əsgərimizdən ermənilərə hədə (VİDEO)

Əsgərimizdən ermənilərə hədə (VİDEO)
18:56 14 Yanvar 2015
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistanda rus əsgərinin törətdiyi cinayətin şokunda olan vətəndaşların hirsi soyumur. Onlar durmadan etiraz aksiyaları keçirirlər. Ölkədə yaşanan qarmaqarışıq vəziyyətə baxmayaraq, erməni tərəfi son günlər cəbhənin qərb istiqamətində atəşkəsi intensiv pozur.

ANS TV-nin məlumatına görə, bir neçə gün mütamadi gülləborana məruz qalan cəbhəyanı kəndlərdə hazırda güllə səsləri ara sıra eşidilir. Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Qazaxın cəbhə kəndlərində mülki şəxslərin əmlakına xeyli ziyan dəyib. Ən çox atəşə məruz qalan kəndlər isə Qazaxın Məzəm və Quşçu Ayrım kəndləridir.

Quşçu Ayrım kəndinin sakini Saya Vəliyevanın sözlərinə görə, ermənilər ən çox gecə vaxtı fəallaşırlar: "Onlar gecə səhərə qədər evləri atəşə tuturlar. Ermənilər ürəkləri istədikləri vaxtda atırlar.

Güllə səsini adi hal kimi qəbul edən kəndlilər arasında ruh yüksəkliyi müşahidə olunur.

Kənd sakini Orxan Hacıyev deyir ki, son iki gündə düşmən tərəfindən atəşkəsin dəfələrlə pozulmasına baxmayaraq, milli ordumuz onlara layiqli cavab verir. Biz öz ordumuza güvənirik.

Soyuq səngərlərdə də əsgərlər ayıq-sayıq görünür. Onları bəzi nöqtələrdə qarşı tərəfdən cəmi bir neçə yüz metr ayırır.

Əsgər Röyal Musayev qarşılarında dayanan düşmənin qorxaq olduğuna görə əsgərlərə atəş aça bilmədiklərini deyir: "Buna görə də onlar dinc əhaliyə atırlar. Mülki əhalinin dinc yaşamasına imkan vermirlər. Onlar Azərbaycan əsgərindən qorxurlar"

Ermənistan Silahlı Qüvvələri mütamadi olaraq yaşayış məntəqələrini atəşə tutsa da, Azərbaycan hərbçiləri ancaq hərbi nöqtələrə atəş açdıqlarını deyirlər.

Qoşunların təmas xəttinə yaxın olan Ermənistan kəndlərində yaşayanlar getdikcə azalır. Hərbi postlardan görünən bu mənzərə qarşı tərəfin kəndlərinin əksəriyyətinin boşalmaqda olduğunu deməyə əsas verir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=319705

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR