“Messi ilə eyni dövrdə yaşamaq xoşbəxtlikdir” - Valverde

“Messi ilə eyni dövrdə yaşamaq xoşbəxtlikdir” - Valverde
19:05 18 Mart 2019
90 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın baş məşqçisi Ernesto Valverde La Liqa çərçivəsində "Betis"lə səfər matçını (4:1) şərh edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, çalışdırıcı Lionel Messinin oyunundan zövq aldığını deyib.

"Matç tam üstünlüyümüzlə keçdi. Səfərdə belə oyun məni qane etdi. Messinin oyunundan zövq aldım. Het-trik etməsi onun qol vurmaq bacarığını bir daha təsdiqlədi. "Betis" azarkeşləri hücumçumuzu ürəkdən alqışladı. Baxmayaraq ki, vurduğu qollarla onları məyus etdi. İlk dəfə idi ki, fanatların rəqib hücumçunu alqışladığını görürdüm. Messi ilə eyni dörvrdə yaşamaq xoşbəxtlikdir", - mütəxəssis deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/739913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR