Özbəkistanda 91 yaşlı qadın ilk dəfə doğum haqqında şəhadətnamə və pasport alıb

Özbəkistanda 91 yaşlı qadın ilk dəfə doğum haqqında şəhadətnamə və pasport alıb
21:22 18 Mart 2019
Ölkə mətbuatı
A- A+

Özbəkistanın Qaşqadərya vilayətinin ucqar Kerayet dağ kəndində 91 yaşlı Racab Raxmatova ilk dəfə doğum haqqında şəhadətnamə və pasport alıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əhalinin problemlərini yerlərdə öyrənən Mərkəzin əməkdaşları bu kənddə olarkən müəyyən ediblər ki, Racab Raxmatovanın şəxsiyyətini təsdiq edən heç bir sənəd yoxdur. Bununla belə qadın anasının dediyinə əsaslanaraq 1928-ci ildə doğulduğunu xatırlayır. Mərkəzin əməkdaşları bu rəqəmi əsas götürərək Racab Raxmatovaya doğum haqqında şəhadətnamə və bunun əsasında isə pasport verib.

Bu münasibətlə Racab Raxmatovanın oğlanları, qızları, nəvə-nəticələri bayram təşkil ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/740064.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR