Sumqayıtda 57 yaşlı kişi itkin düşdü

Sumqayıtda 57 yaşlı kişi itkin düşdü
21:53 18 Mart 2019
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıtda 57 yaşlı kişi itkin düşüb.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində baş verib.

Belə ki, 20-ci məhəllə, ev 20/29 da, mənzil 38-də yaşayan Eynulla Nəsrullayev Sumqayıt şəhər 4-cü Polis Bölməsinə bildirib ki, onunla eyni ünvanda yaşayan qardaşı, 1961-ci il təvəllüdlü Əlibəy Nəsrullayevküçəyə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Həmin şəxsin əlamətləri: boyu təxminən 168 sm, orta bədən quruluşlu, saçının rəngi ağ, qısa və seyrəkdir.

Evdən çıxarkən onun əynində qara rəngli yun jaket, üzərində qəhvəyi rəngli pencək, tünd qəhvəyi rəngli şalvar, ayağında qara rəngli ayaqqabı olub.

Ə.Nəsrullayev haqda məlumatı olanlardan 055-721-98-57, 055-899-67-87 telefon nömrələrinə və ya Sumqayıt şəhər Polis İdarəsinə məlumat vermələri xahiş olunur.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/273113.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR