İnfarktdan, insultdan qorunmağın TƏBİİ YOLLARI - 7 ÜSUL

İnfarktdan, insultdan qorunmağın TƏBİİ YOLLARI - 7 ÜSUL
22:32 18 Mart 2019
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir çox hallarda damarların divarını qalınlaşdırmaq üçün qan qatılaşır. Bu zaman fibrinin miqdarı artır. Buna görə də vena damarlarının zədələnməsi zamanı tromb əmələ gəlir. 

Qan qatılaşan zaman onun tərkibində olan piy, kalsium duzları və qan laxtası arteriyaların divarlarını tutaraq, aterosklerozun inkişafına səbəb olur. 

Milli.Az medicina.az-a istinadən bildirir ki, qeyri-düzgün qidalanma vəziyyəti daha da ağırlaşdırır. Vaxt keçdikcə, tromb daha da qalınlaşır. Əgər qan laxtası ürəyə düşərsə, bu zaman infarkt, beyinə düşərsə, insult, ağciyərə düşərsə, ağciyər emboliyasına səbəb olur.  

Qanın keyfiyyəti bədəndə gedən bütün proseslərə təsir edir. Bu zaman sağlamlıq problemləri başlayır, böyrəklər, qaraciyər və baş beyinin işi çətinləşir. 
Qanın laxtalanmasının səbəbləri: 

• Ferment çatışmazlığı 

• Çirkli, xlorlu, qazlı su istifadəsi 

• Orqanizmin ümumi turşuluğunun artması 

• Orqanizmin susuzlaşması 

• Şüalanmanın mənfi təsiri 

• Mayenin pis mənimsənilməsi
 
• Mineral və vitaminlərin çatışmazlığı 

• Duzun kifayət qədər istifadə olunmaması 

Aradan qaldırılması yolları: 

1) Su 

Su ən əhəmiyyətli amildir. Gün ərzində şorbadan, şirələrdən, çaydan əlavə, 1-2 litr su içmək lazımdır. Əgər orqanizmin suya ehtiyacı olmazsa, qan da qatılaşmaz.  

2) Balıq yağı 

Bu maddə yalnız qanı durulaşdırmır, həm də trombları da əridir. Proflaktika üçün həftədə ən az 3-4 dəfə balıq yağı qəbul etmək tələb olunur. 

3) Qaragilə 

Qaragilənin tərkibinə kumarin maddəsi qanda laxtanın əmələ gəlməsinin qarşısını alır. Qaragilə giləmeyvəsi həm qanın laxtalanmasının proflaktikası üçün, həm də laxtanın aradan qaldırılması zamanı tətbiq edilə bilər. 
Bundan əlavə, bu maddə həm də mikrobəleyhinə təsirə malikdir.

4) Kərəviz 

Daha dəqiq desək, onun şirəsi çox faydalıdır. Hər gün 0,5 stəkan kərəviz şirəsi içmək qanı və limfanı durulaşdırır.  Bundan əlavə, qida rasionuna bu tərəvəzin özünü də daxil etmək lazımdır.
 
5) Sarımsaq 

Onun tərkibinə qan duruldan maddələr daxildir. Bu tərəvəzin faydalarından maksimum yararlanmaq üçün ondan məlhəm hazırlamaq lazımıdır. Bunun üçün bir neçə diş sarımsağı əzərək, qıyıq halına salın. Kütləni şüşə qaba qoyaraq, üzərinə 0,5 stəkan araq tökün. Qabın ağzını bağlayın və 10 gün müddətində qaranlıq yerdə saxlayın. Daha sonra məlhəmi süzün və hər yeməkdən  30 dəqiqə əvvəl az miqdarda suya 10 damcı əlavə edərək qəbul edin. 

6) Zəncəfil 

Zəncəfil kökü qanı durulaşdırır, şəkərin miqdarını aşağı salır, həzmi yaxşılaşdırır. Yüksək qan təzyiqindən əziyyət çəkən insanlar ondan daha ehtiyatla istifadə etməlidirlər. 

7) Cücərmiş buğda 

Gün ərzində 1 x/q miqdarında cücərmiş buğda yemək məsləhətdir. Onu tərəvəz salatlarına əlavə etmək yaxşı olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/739994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR