Rusiyada toy günü avtomatdan atəş açan bəyə cinayət işi qaldırılıb

Rusiyada toy günü avtomatdan atəş açan bəyə cinayət işi qaldırılıb
03:37 19 Mart 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada bəy toy günü havaya avtomatdan atəş açıb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadsə Surqut şəhərində baş verib.
Bəy şəhərin mədəni mərkəzlərindən birinin avtomobil dayanacağında havaya atəş açıb.
Hadisə yerinə gəlmiş operativ istintaq qrupu ərazidə altı giliz aşkarlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları operativ axtarış tədbirləri ilə şübhəli şəxsin olduğu yeri müəyyənləşdirib.
Faktla bağlı 31 yaşlı Surqut sakini saxlanılıb. O, toy mərasiminin şərəfinə odlu silahdan atəş açdığını etiraf edib.
Faktla əlaqədar dələduzluqla bağlı cinayət işi başlanıb. Şübhəli şəxsdən heç bir yerə getməmək haqqında iltizam alınıb. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiyada-toy-gunu-avtomatdan-ates-acan-bey-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR