Azərbaycan rəssamlarının əl işləri Parisdə sərgilənib

Azərbaycan rəssamlarının əl işləri Parisdə sərgilənib
06:42 19 Mart 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan rəssamlarının əl işləri Parisdə keçirilən "Bahar musiqisi" adlı sərgidə yer alıb.
"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, "Həzin səhər yaraşığı" rəsm qalereyasının və Toğrul Nərimanbəyov Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycanı Nərminə Vəliyevanın rəhbərliyi ilə "Rəngarəng sensasiyalar" İncəsənət Studiyasının rəssamları təmsil ediblər.
Sərgidə nümayiş olunan əsərlərdə baharın gəlişi ilə təbiətin oyanışını əks etdirən mənzərələrlə yanaşı, milli ənənələrimizi tərənnüm edən xalçalar, milli geyimlər, neft mədənləri, abidələr də təsvir olunub. 10-a qədər azərbaycanlı rəssamın ərsəyə gətirdiyi rəngarəng əl işləri fransalı rəsm həvəskarlarının marağı ilə qarşılanıb.
Sərgidə Azərbaycanla yanaşı, Gürcüstan Fransa rəssamlarının da əl işləri ilə sərgilənib.
Sərgi martın 20-dək davam edəcək.





Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/azerbaycan-ressamlarinin-el-isleri-parisde-sergilenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR