Dembele və Menye Rusiyaya qarşı oynamayacaq

Dembele və Menye Rusiyaya qarşı oynamayacaq
07:17 19 Mart 2019
90 İdman
Ölkə mətbuatı
A- A+

AÇ-2020-nin seçmə mərhələsində bu həftə Rusiya və Kiprlə qarşılaşacaq Belçika millisində  itkilər var.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi Mussa Dembele və müdafiəçi Toma Menye zədə səbəbindən qarşıdakı görüşləri buraxacaq.

Həmçinin, hücumçu Romelu Lukakunun da meydana çıxması sual altındadır. "Mançester Yunayted"in üzvü son məşqdə iştirak etməyib.

Qeyd edək ki, Belçika millisi martın 21-də Rusiya ilə evdə, martın 24-də isə Kiprlə səfərdə qarşılaşacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/740127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR