Windows 7-nin sonu çatır

Windows 7-nin sonu çatır
07:52 19 Mart 2019
Ölkə mətbuatı
A- A+

"Microsoft" 2019-cu ilin aprelindən etibarən "Windows 7" sistemində texniki dəstək xidmətinin dayandırılması və "Windows 10" sisteminə keçid zərurəti haqqında bildirişlər göstərməyi planlaşdırır.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "gələn aydan etibarən "Windows 7" sisteminin idarəetməsi altında işləyən kompüterlərdə bildirişlər göstəriləcək" - "Microsoft"un rəsmi bloqunda korporasiyanın vitse-prezidenti Mett Barlou bu günlərdə yazıb.
 
Həmçinin Barlou deyib ki, 2019-cu ilin fevral-dekabr aylarında bildirişlər bir neçə dəfə göstəriləcək. Xatırladaq ki, "Microsoft" 14 yanvar 2020-ci il tarixində "Windows 7" sisteminin rəsmi dəstəyini dayandıracaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/739728.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR