Vicdan əzabına dözməyən türk 5 il sonra Bakıya gəlib təslim oldu

Vicdan əzabına dözməyən türk 5 il sonra Bakıya gəlib təslim oldu
07:57 19 Mart 2019
Ölkə mətbuatı
A- A+

2011-ci ildə Türkiyə vətəndaşı Yaqub Yazıçının idarə etdiyi TIR Ağstafada içərisində 8 nəfər olan minik avtomobili ilə toqquşub və qəzada 6 nəfər azərbaycanlı ölüb. Yaqub Yazıçı hadisə yerindən qaçaraq Gürcüstana, oradan isə Türkiyəyə gedib. Onun haqqında İnterpolun qırmızı xətti ilə axtarış elan olunsa da, axtarışlar nəticəsiz qalıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 38 yaşlı sürücü Artvində ailəsi ilə yaşasa da, vicdan əzabı onu rahat buraxmayıb və o psixoloji problemlərdən əziyyət çəkməyə başlayıb. 5 il sonra Yaqub Yazıçı Bakıya qayıdaraq törətdiyi cinayəti etiraf edib və 10,5 il müddətinə azadlıqdan məhrum edilib.

3 ildir Azərbaycanda cəzaçəkmə müəssisəsində olan Yazıçının  ahıl valideynləri oğullarının qalan cəzasını ölkəsində çəkməsi üçün Türkiyə prezidentindən yardım istəyiblər.

Yaqub Yazıçının bacısı ölkə rəhbərliyinə müraciət edərək bildirib:

"Bu bir qəzaydı.Qardaşım bu dəhşətli kabusdan bir an belə uzaqlaşa bilmədi. Həmişə gedib təslim olacağını söyləyirdi.Dövlətimizdən bizə yardım etməsini istəyirik.Cəzasının qalan müddətini Türkiyədə çəkməsini istəyirik".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/740131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR