Tesla Model Y-ı təqdim edib ( - VİDEO

Tesla Model Y-ı təqdim edib ( - VİDEO
08:27 19 Mart 2019
Ölkə mətbuatı
A- A+

Bir çox avtomobil şirkətlərinin elektromobil bazarını kompakt krossover modelləri ilə zəbt etdikləri bir vaxtda Tesla Model Y elektromobili Tesla şirkətinin 5-ci modelidir. "Sizə elə gələcək ki, bu idman maşınıdır" - deyə Musk bildirib. Beləliklə Tesla şirkəti özünün yeni elektromobil modeli olan Model Y-ı təqdim edib. Təqdimat çərçivəsində şirkət yeni elektromobil modelinin texniki özəllikləri və qiyməti barəsində məlumat da verib. Bu barədə Hightech.plus saytı xəbər verib. Model Y elektromobili kompakt krossoverdir və Model X-dən fərqli olaraq o daha kompakt ölçülərə və aşağı qiymət göstəricisinə sahibdir.

Milli.Az technote.az-a istinadən bildirir ki, beləliklə ABŞ-da bu elektromobil modelinin ən standart versiyasının qiyməti 42.700$-dan başlayır. Elektromobilin AWD modeli 4000$ daha baha və daha güclü model olan Performance isə 55.700$ qiymətində satılacaq. Elektromobilin baza versiyası Long Range adlanır və bir dəfə şarj olunandan sonra o, 482 km yol qətt edə bilir. Bununla belə sözügedən elektromobil Tesla Supercharger şarj stansiyasında 15 dəqiqə şarj olunandan sonra 300 km yol qətt edə bilər. Saatda 100 km sürəti baza modeli 5.5 saniyəyə, AWD modeli 4.8 saniyəyə, Performance modeli isə 3.5 saniyəyə yığır.

"Funksional baxımından bu, offroad hesab olunur. Lakin sizə elə gələcək ki, bu idman maşınıdır" - deyə Musk bildirib. Əlavə 3000-5000$ ödəməklə Model Y-a avtopilot sistemini quraşdırmaq olar. Gələcəkdə həmin sistem tam avtonom idarəetmə özəlliyini təmin edəcək. Elektromobilin əsas özəllikləri sırasında həmçinin 7 nəfərlik salon da var. Bu cür ölçüdə olan adi avtomobillər üçün bu cür özəllik nadir tapıntıdır. Lakin elektromobillər ənənəvi olaraq salon baxımından daha geniş olurlar.

Maraqlısı ondadır ki, Tesla saytının Model Y üzrə səhifəsində ilk nəzərə çarpan özəllik isə elektromobilin baqaj hissəsinin ölçüsüdür (1.86 kvadrat metr). Model Y hələki dözümlülük testlərindən keçməyib. Lakin Elon Musk ondan ən yaxşı nəticələri gözləyir. Tesla Model Y 2020-ci ildə satışa çıxacaq. Məlumata əsasən indidən elektromobil modelini ön sifariş etmək üçün 2500$ depozit ödəmək lazımdır. Long Range adı daha ucuz versiyaya işarə edir. Lakin həmin model 2021-ci ildən tez satışa çıxmayacaq. Musk-ın sözlərinə əsasən günlərin birində Model Y-ın ən ucuz versiyası 39.000$-a satılacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Tesla Model Y-ı təqdim edib


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/739738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR