Asus 2 yeni smartfon buraxdı

Asus 2 yeni smartfon buraxdı
08:32 19 Mart 2019
Ölkə mətbuatı
A- A+

Asus Braziliya tərəfindən hazırlanan Snapdragon SiP 1 prosessorlu yeni smartfonlar ZenFone Max Shot və Max Plus M2-ni təqdim etdi.

Milli.Az chip.az-a istinadən bildirir ki, smartfon sənayesində orta səviyyəli istehsalçılardan biri olan Asus iki yeni smartfon: ZenFone Max Shot və Max Plus M2 modellərini təqdim etdi. Hər iki yeni Asus telefonları Qualcomm-un 14nm prosesi ilə istehsal edilən Snapdragon SiP 1 prosessorları ilə təchiz edilmişdir.

ZenFone Max Shot üç arxa kameraya, Max Plus M2 modeli ikili arxa kameraya sahibdir.

Asus ZenFone Max Shot 3GB\4GB RAM, 32GB\64 GB yaddaş malikdir. Qualcomm Snapdragon SIP1 prosessoru və Adreno 506 GPU təchiz olunub. 6.2 düymlük Tam HD + LCD ekrana sahib smartfon Android 8.0 Oreo əməliyyat sistemi ilə təchiz olunub. Cihaz 12MP + 5MP + 8MP üçlü arxa kamera ilə yanaşı, 8MP ön kameraya sahibdir. WiFi 802.11 a / b / g / n / ac, 4G LTE CAT 7, Bluetooth 4.2, GPS, A-GPS, GLONASS kimi əlavə özəlliklərə malik smartfonun 4,000mAh batareyası var.

Asus ZenFone Max Plus M2 Qualcomm Snapdragon SIP1 prosessoruna və Adreno 506 GPU-ya sahibdir. 3GB RAM və 32 GB yaddaşa sahib smartfon 6.2 düymlük Tam HD + IPS ekran və Android 8.0 Oreo əməliyyat sistemi ilə təchiz olunub. 12MP + 5MP ikili arxa kamerası olan telefonun bir də 8MP ön kamerası var. WiFi 802.11 a / b / g / n / ac, 4G LTE CAT 7, Bluetooth 4.2, GPS, A-GPS, GLONASS kimi əlavə özəlliklərə malik smartfonun 4,000mAh batareyası var.

Asus hər iki cihazın mavi, gümüş, qırmızı və qara rəng seçimləri ilə satışa buraxılacaq. Zenfone Max Shot 350-445 dollar, Zenfone Max Plus M2 340 dollar satış qiymətinə sahibdir. Hər iki telefon bu gündən etibarən Asus Brazil veb saytından əldə edə bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/739732.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR