Bədən tərbiyəsi akademiyası ilə müqavilə imzalanıb - FOTO

Bədən tərbiyəsi akademiyası ilə müqavilə imzalanıb - FOTO
10:17 19 Mart 2019
66 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında anlaşma memorandum imzalanıb.

Milli.Az xəbər verir ki, sənədi MPK prezidenti İlqar Rəhimov və ADBTİA-nın rektoru Fuad Hacıyev imzalayıblar.

Memorandum tərəflər arasında informasiya dəstəyi sahəsində əməkdaşlığı və təcrübə mübadiləsini əhatə edir.

Sənədə əsasən, komitə Akademiyanın İdman Jurnalistikası Magistr Proqramı ilə əməkdaşlığa başlayır. Bu əməkdaşlıq çərçivəsində magistr proqramının tələbələri komitənin tədbirlərinin, beynəlxalq və yerli yarışlarının işıqlandırılmasında fəal iştirak edəcəklər.

Buraya paralimpiyaçı idmançıların "həyat hekayəsi" tipli video çarxların hazırlanması, tədbirlərdə medianın operativ xəbərlərlə təmin olunması və media dəstəyi ilə bağlı digər məsələlər daxildir.

Bu əməkdaşlıq sayəsində İdman Jurnalistikası üzrə Magistr proqramının tələbələri təcrübə qazanacaqlar. Eyni zamanda ölkədə paralimpiya hərəkatının təşviqi sahəsində işlər görüləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/740176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR