Zaqatalada sexdən fındıq oğurlayan daha bir keçmiş məhkum saxlanılıb

Zaqatalada sexdən fındıq oğurlayan daha bir keçmiş məhkum saxlanılıb
10:42 19 Mart 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

Zaqatalada silsilə oğurluqlar edən keçmiş məhkum saxlanılıb.
Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Zaqatala Rayon Polis Şöbəsinə Aşağı Tala kəndi ərazisindəki fındıq sexlərinin birindən 250 kiloqram fındığın oğurlanması barədə müraciət daxil olub. Daxil olan müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 2 nəfər Məhəmməd MamayevNazar Həsənzadə saxlanılıblar.
Ətraflarında aparılan araşdırmalarla saxlanılan şəxslərin digər cinayət əməllərinin də üstü açılıb.
Belə ki, onların kənd ərazisində digər fındıq sexindən 100 kiloqram fındıq ləpəsi, kənd sakininə məxsus “VAZ-2106” markalı avtomobildən videoqeydiyyat qurğausu və pul, həmçinin cari ilin fevral-mart ayları ərzində paytaxtın Binəqədi rayonu ərazisindən 3 “VAZ” markalı avtomobili qaçırmaları da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/zaqatalada-silsile-ogurluqlar-eden-kecmis-mehkum-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR