İsmayıllıda ağır qəza: beş nəfər yaralandı - VİDEO

İsmayıllıda ağır qəza: beş nəfər yaralandı - VİDEO
10:52 19 Mart 2019
70 Ölkə
Ölkə mətbuatı
A- A+

İsmayıllı-Qəbələ yolunda iki avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb.

İsmayıllının Qurbanəfəndi kəndi ərazisində baş verən qəza zamanı "Mersedes" və "VAZ 2107" markalı avtomobillər toqquşub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qəza nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralılar Bakı şəhər sakinləri 1964-cü il təvəllüdlü Qabil Hüseynov, 1970-ci il təvəllüdlü Sevinc Hüseynova, İsmayıllı rayon sakinləri 1982-ci il təvəllüdlü Ramil Qarayev, 1962-ci il təvəllüdlü Həsən Allahverdiyev və 1954-cü il təvəllüdlü Niyaz Qarayevdir.

Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İsmayıllıda ağır qəza: beş nəfər yaralandı


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/740183.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR