Bəxtiyar Vahabzadənin 90 illiyi keçiriləcək - sərəncam

Bəxtiyar Vahabzadənin 90 illiyi keçiriləcək - sərəncam
19:01 14 Yanvar 2015
592 Şou
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Axşam.az-ın məlumatına görə, bununla bağlı sərəncamda qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Sərəncamda qeyd olunur:

“2015-ci ilin avqust ayında Azərbaycanın xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 90 illiyi tamam olur.

Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynayıb. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25103

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR