Azərbaycandan Gürcüstana neft və neft məhsullarının ixracı 35% artıb

Azərbaycandan Gürcüstana neft və neft məhsullarının ixracı 35% artıb
12:22 19 Mart 2019
26 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 13 mln. 323,2 min dollar dəyərində neft və neft məhsulları idxal edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Azərbaycanın qonşu ölkəyə ixrac etdiyi neft və neft məhsullarının ümumi həcmi 25 161,5 ton təşkil edib ki, bu da illik müqayisədə 6 601,5 ton və ya 35,5% çoxdur.
Ötən ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan ümumi dəyəri 10 mln. 728,6 min dollar olan 18 560 ton neft və neft məhsulları idxal edib.  

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/azerbaycandan-gurcustana-neft-ve-neft-mehsullarinin-ixraci-35-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR