Bakıda daha bir poçt şöbəsi istifadəyə verildi

Bakıda daha bir poçt şöbəsi istifadəyə verildi
14:04 19 Mart 2019
36 Digər
Ölkə mətbuatı
A- A+

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC Bakıda tam müasir standartlara uyğun olaraq yenidən qurulmuş daha bir poçt şöbəsini istifadəyə verib.
 
Heydər Əliyev prospekti, 72-də yerləşən, 1 saylı poçt filialının nəzdində fəaliyyət göstərən 33 saylı poçt şöbəsi “Azərpoçt” MMC-nin yeni brendinə uyğun dizayn edilib. Burada vətəndaşlara yüksək xidmət üçün bütün şərait yaradılıb.
 
Yenidənqurmadan sonra sözügedən poçt şöbəsində vətəndaşlar növbə aparatından istifadə edə, öz poçt göndərişlərini rahatlıqla yollaya və qəbul edə biləcəklər.
 
Eyni zamanda, depozit və kredit istisna olmaqla, bütün maliyyə xidmətlərindən də yararlanmaq, kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə də ödəniş etmək mümkündür.
 
Bundan başqa, 33 saylı poçt şöbəsində vətəndaşlar rahatlıqla bütün iş saatlarında valyuta mübadiləsi əməliyyatlarını həyata keçirə biləcəklər. Ay ərzində təxminən 15 minə yaxın vətəndaşa xidmət göstərən 33 saylı Poçt şöbəsində həftənin 7 günün 24 saat işlək ATM də yerləşdiriləcək.
 
Poçt filial və şöbələrinin modernləşdirilməsində əsas məqsəd vətəndaşlara yüksək standartlara uyğun xidmət göstərilməsi, onların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması və şəffaflığın artırılmasıdır.
 
Qeyd edək ki, “Azərpoçt” MMC-nin 63 Poçt filialı, 7 Rabitə qovşağı, 4 törəmə müəssisə, 1497 Poçt şöbəsi və 83 Poçt agentliyi mövcuddur.
(trend)

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/308935

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR