AMEA bir sıra innovativ müqavilələr bağlayıb

AMEA bir sıra innovativ müqavilələr bağlayıb
19:06 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyası 2014-cü ildə informasiya texnologiyaları istiqamətində bir sıra müqavilələr bağlayıb.
 
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2014-cü ilin yekunlarına dairkeçirilən mətbuat konfransında akademiyanın prezidenti Akif Əlizadə danışıb. 
 
AMEA prezidenti bildirib ki, aparılan elmi-tədqiqatların, əldə olunan innovativ nəticələrin həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırılması, yeniliklərin istehsalatda tətbiqi əsas hədəflərdən biridir. O, ötən il bununla bağlı keçirilən səmərəli görüşlərdən də söz açaraq qeyd edib ki, “Daşkəsən alunit filizinin yeni üsulla emalı” layihəsi çərçivəsində “DetAl Holding” şirkətinin rəhbərliyi ilə əməkdaşlıq haqqında saziş imzalanıb:
 
 “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC ilə elmi-innovativ yeniliklərin metallurgiya sənayesinə tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edən əməkdaşlığa dair memorandum imzalanması, həmçinin Akademiyanın brendi olan “Solidol”, “Niqrol” sürtgü yağları və digər məhsulların Təcrübə-Sənaye Zavodunda istehsalı və qablaşdırılması elmi-innovasiya potensialı sahəsində böyük əhəmiyyətə malikdir”.
AMEA üzvlüyünə keçirilən seçkilərdən də danışan akademik A.Əlizadə istər hüquqi, istərsə də texniki baxımdan seçkilərin müasir tələblərə uyğun aparıldığını, seçki prosesinin şəffaflığının təmin edilməsi və seçki komissiyalarının işinin təkmilləşdirilməsi istiqamətində bir sıra innovativ tədbirlərin görüldüyünü qeyd edib.
 
 
AMEA rəhbəri səsvermənin nəticələrinin kadr potensialının güclənməsi, xüsusilə son dövrlər müşahidə olunan elmdə qocalma tendensiyasının aradan qalxması və gələcəkdə kadrların gəncləşməsində mühüm rol oynayacağına əminliyini ifadə edib.
 
 
SEYMUR
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR