Gürcüstanda nazir müavini azərbaycanlı məktəblilərin Novruz şənliyinə qatılıb

Gürcüstanda nazir müavini azərbaycanlı məktəblilərin Novruz şənliyinə qatılıb
19:17 19 Mart 2019
38 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun 2 saylı ictimai məktəbində Novruz bayramı ilə bağlı şənlik keçirilib.
“Report”un yerli bürosunun verdiyi xəbərə görə, tədbirdə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Lia Giqauri, parlamentin deputatı Ruslan Hacıyev, Marneuli rayon rəhbərliyinin nümayəndələri iştirak ediblər.
Bayram şənliyində məktəb şagirdləri konsert proqamı ilə çıxış edərək musiqili və xoreoqrafik nömrələr təqdim ediblər.
L.Giqauri məktəbin şagirdləri, müəllimləri və valideynləri Novruz bayramı münasibətilə təbrik edib: “Sizə xoşbəxtlik, cansağlığı və ən əsası ailələrinizə və bütün Gürcüstana sülh arzu edirəm. Gürcüstan multietnik ölkədir və bizim böyük ailəmiz üçün əmin-amanlıq xüsusilə önəmlidir”.
Nazir müavini məktəb şagirdlərinin hazırladığı şənlikdən razı qaldığını ifadə edib: “Məktəblilər Gürcüstanın mədəni müxtəlifliyini əks etdirən müxtəlif ifa və rəqslər təqdim etdilər. Uşaqlar gürcü dilində danışırlar, çünki onlar bilirlər ki, hər bir vətəndaş dövlət dilini bilməli və dövlətin təqdim etdiyi bütün imkanlardan istifadə etməlidir. Ölkəmizin mədəni müxtəlifliyi bizim birlik və gücümüzün simvoludur”. 








Xəbərin orijinal ünvanı: https://report.az/region/nazir-muavini-azerbaycanli-mekteblilerin-novruz-senliyine-qatilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR