Yeni Zelandiya terrorçusu Türkiyədə “Vampir” Drakulanın əsir saxlandığı yeri ziyarət edibmiş

Yeni Zelandiya terrorçusu Türkiyədə “Vampir” Drakulanın əsir saxlandığı yeri ziyarət edibmiş
19:22 19 Mart 2019
115 Dünya
Ölkə mətbuatı
A- A+

Yeni Zelendiyada 2 məscidə təşkil etdiyi terror hücumu zamanı 50 müsəlmanı şəhid edən Brenton Tarrantın Türkiyəyə reallaşdırdığı səfərlərində Tokatda qaldığı müəyyənləşib.

Milli.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, Yeni Zelendiyada keçirilən irqçi terror hadisəsinin günahkarı Brenton Tarrantın, 2016-ci ildə Türkiyəyə iki dəfə səfər etdiyi bəlli olub və səfər nöqtələrinin hara olduğu barədə araşdırma aparılmağa başlanıb.

17-20 Mart 2016-cı il və 13 sentyabr - 25 oktyabr 2016-ci il tarixlərində keçirilən bu 2 səfərin sonuncusunda şübhəlinin Tokata gəldiyi məlum olub. O, Tokat şəhər mərkəzində yerləşən bir otelin 403 nömrəli otağında qalıb. Hazırda terrorçunun qaldığı oteldə və otağında polis tərəfindən araşdırma aparıldığı barədə məlumat əldə edilib. Tarrantın Tokat səfəri zamanı Fatih Sultan Mehmed Xanın əmri ilə Valaxiya şahzadəsi 3-cü Vladın 4 il ərzində əsir tutulduğu və sürgün həyatı yaşadığı Tokat Qalasını ziyarət etdiyi aydınlaşıb.

3-cü Vlad "Drakula"

Qeyd edək ki, 3-cü Vlad "Drakula" ləqəbi ilə tanınır. "Vampirlər" kimi tanınan mistik varlıqların məhz Drakulanın davamçıları olduğuna dair əfsanələr var. İnsanlara dəhşətli işgəncələr verən Drakulanı məhz türklər məhv ediblər.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/740431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR