Gəncədəki Şah Abbas məscidi həqiqətən Şeyx Bəhainin layihəsi ilə tikilib?

Gəncədəki Şah Abbas məscidi həqiqətən Şeyx Bəhainin layihəsi ilə tikilib?
23:17 19 Mart 2019
Ölkə mətbuatı
A- A+

Miladi XVII əsrdə yaşamış "Şeyx Bəhai" ləqəbli Bəhaüddin Məhəmməd Amuli həm dini, həm də dünyəvi elmlər sahəsində misilsiz məharət sahibi kimi tanınmışdı. O, nüfuzlu dövlət xadimi və Şah Abbasın sevimli vəziri idi. İsfahandakı "yellənən minarələr" və bir şamla qızınan hamam da Şeyx Bəhainin layihəsi əsasında tikilmişdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, onun layihəsi əsasında min tikilinin inşa edildiyini yazırlar ki, bunlardan biri də Gəncə şəhərindəki Şah Abbas məscididir. Bu məscidin 400 illik minbəri mismarsız şəbəkə üsulu ilə hazırlanmışdır. Məscidin həyətindəki mədrəsədə vaxtilə Mirzə Şəfi Vazeh dərs demişdir. Maraqlıdır ki, hər gün zöhr vaxtı məscidin qərb divarının kölgəsi tamamilə itir, bununla da namaz vaxtının girdiyi bilinir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/739755.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR