Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
23:36 19 Mart 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 18-də 68,5 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,32 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 67,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,34 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 65,83 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,61 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 66,86 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,58 dollar çoxdur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/energy/3035148.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR