Cənubi Koreyada neft tankerində yanğın: 2 ölü

Cənubi Koreyada neft tankerində yanğın: 2 ölü
09:22 20 Mart 2019
67 Dünya
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın sahil sularında neft tankerində baş verən yanğın nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin cənubunda sahildən 5 kilometr məsafədə hərəkət edən tankerdə yerli vaxtla səhər 5:40-da yanğın meydana gəlib. Köməyə gələn qüvvələr idarəetmə otağında iki heyət üzvünün cəsədini aşkarlayıblar. Ağır yanıq xəsarəti alan gəminin baş mühəndisi isə xəstəxanaya yerləşdirilib.

Yanğın vaxtı tankerdə 6 nəfərin olduğu bildirilir. Onlardan dördü yanğın baş verəndən dərhal sonra xilas ola bilib.

Yanğınsöndürənlər dörd saata yaxın müddətdə yanğını nəzarət altına ala biliblər. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/740483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR