"Sarı jiletlər"in aksiyaları Fransaya 200 milyon avroya başa gəlib

"Sarı jiletlər"in aksiyaları Fransaya 200 milyon avroya başa gəlib
09:52 20 Mart 2019
62 Dünya
Ölkə mətbuatı
A- A+

"Sarı jiletlər" hərəkatı və onlara qoşulan digər xuliqan qruplaşmaların keçirdiyi nümayişlər Fransaya 200 milyon avro ziyan vurub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Fransanın iqtisadiyyat və maliyyə naziri Bryuno Le Mer Senatın iqtisadiyyat üzrə komissiyasında çıxış edərkən deyib.

Eyni zamanda o xəbərdarlıq edib ki, bu, bunlar "təxmini rəqəmdir", çünki bunlar istehlak sahəsində olan bir çox amillərdən asılıdır.

L.Mer bildirib: "Hamının gözü qarşısında olan zorakılıq Fransaya, onun nüfuzuna və dünyadakı cəlbediciliyinə ziyan vurur. Lakin bütün bu zorakılıq ölkənin iqtisadi əsaslarını sarsıdmayacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/740489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR