Qazaxıstan Prezidenti ölkə paytaxtının adının Nursultan adlandırılmasını təklif edib

Qazaxıstan Prezidenti ölkə paytaxtının adının Nursultan adlandırılmasını təklif edib
11:52 20 Mart 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın Prezidenti vəzifəsinin icrasına başlayan Kasım-Jomart Tokayev Qazaxıstanın paytaxtı Astana şəhərinin adını dəyişdirilərək Nursultan adlandırılmasını təklif edib.
Bu barədə "Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir.
"Paytaxtımız Prezidentimizin adını daşımalı və Nursultan adlanmalıdır" - deyə Tokayev deyib.
Bundan əlavə, Tokayev Nursultan Nazarbayevi dövlətdə mövcud olan bütün yüksək səviyyəli mükafatlarla təltif etmək təklifini verib.
"Hesab edirəm ki, hamı Elbasının (Millətin lideri - red.) dövlətimizin ən yüksək adlarına - "Xalık Kaharmanı" (Xalq Qəhrəmanı) və "Embek Eri" (Əmək Qəhrəmanı) mükafatlarına layiq olduğu ilə razılaşar", - Tokayev söyləyib.
Tokayev həmçinin Nazarbayevə "fəxri senator" statusunun verilməsini zəruri hesab edir: "Qazaxıstanın ilk Prezidentinin şəkilləri isə bütün ictimai yerlərdə icbari atribut olaraq qalacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/region/yeni-prezident-paytaxtin-adinin-nursultan-edilmesi-teklif-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR