Bundesliqa klubu yeni baş məşqçisini açıqladı

Bundesliqa klubu yeni baş məşqçisini açıqladı
13:05 20 Mart 2019
64 İdman
Ölkə mətbuatı
A- A+

Almaniyanın "Hoffenhaym" klubuna yeni mövsümdən rəhbərlik edəcək baş məşqçinin kimliyi müəyyənləşib.

Milli.Az Komanda.az-a istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi hollandiyalı mütəxəssis Alfred Şreder ilə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda tərəflər arasında 3 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. Müqavilə cari mövsüm başa çatdıqdan sonra, yayda qüvvəyə minəcək.

Şreder hazırda Hollandiyanın "Ayaks" klubunda baş məşqçi Erik Ten Haqın əsas köməkçisi kimi çalışır. O, bu komandadan öncə - 2015-2018-ci illər aralığında məhz "Hoffenhaym"da köməkçi məşqçi kimi fəaliyyət göstərib.

"Hoffenhaym"ı 2016-cı ildən Yulian Naqelsmann çalışdırır. O, bu mövsümün sonunda sözügedən kludan ayrılacaq və Bundesliqanın digər təmsilçisi "Leyptsiq"in baş məşqçisi olacaq.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/740531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR