Əl-Qaidə: "Biz qısasımızı aldıq" (VİDEO)

Əl-Qaidə: "Biz qısasımızı aldıq" (VİDEO)
19:16 14 Yanvar 2015
152 Dünya
Ölkə mətbuatı
A- A+

"Əl-Qaidə" terror təşkilatının Yəmən qolunun lideri ötən həftə Fransada "Charlie Hebdo" satirik jurnalının redaksiyasına edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

ANS PRESS-in məlumatına görə, "Əl-Qaidə"nin Ərəbistan yarımadasındakı baş komandanı Nəsr əl-Ansi internetə yerləşdirilən 11-dəqiqəlik videoda bildirib ki, "Charlie Ebdo" redaksiyasına hücum Məhəmməd Peyğəmbərə görə "qisas" olub.

"Əl-Qaidənin Yəmən qolu hücumun hədəfini seçib, planı hazırlayıb və əməliyyatı maliyyələşdirib. "Charlie Hebdo" jurnalına hücum edən Səid və Şərif Kuaşi qardaşları isə qəhrəmandırlar" - Nəsr əl-Ansi belə deyib.

Bu videoyazı "Əl-Qaidə"nin Ərəbistan yarımadası bölgəsi üzrə qolunun "Tvitter" hesabında yerləşdirilib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319672

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR