"Bavariya”dan 80 milyonluq transfer

"Bavariya”dan 80 milyonluq transfer
15:42 20 Mart 2019
102 İdman
Ölkə mətbuatı
A- A+

"Bavariya" heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Milli.Az Komanda.az-a istinadən xəbər verir ki, Münhen təmsilçisi "Lill"in hücumçusu Nikolya Pepeni transfer etməyə yaxındır. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Xəbərdə, "Bavariya"nın Pepe transferi üçün "Lill"lə 80 milyon avro qarşılığında razılaşdığı bildirilir. Keçidin mövsümün sonunda reallaşacağı gözlənilir.

"Anje"dən "Lill"ə 10 milyon avro qarşılığında transfer olunan Pepe, bu mövsüm 32 qarşılaşmada 18 qol vurub və 11 məhsuldar ötürmə edib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/740556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR