Oğuzda canavarlar 30 baş qoyunu parçalayıb

Oğuzda canavarlar 30 baş qoyunu parçalayıb
21:17 20 Mart 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Oğuz rayonunda canavar sürücü 30 baş qoyunu parçalayıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Oğuzun Xocalı rayon qaçqınlarının məskunlaşdığı yaşayış məntəqəsində baş verib.
Hadisə rayon sakini Elçin Tağıyevə məxsus təsərrüfatda baş verib. Təsərrüfat sahibi qonşularla birlikdə nə qədər səs-küy salsalar da, canavarlardan 4-ü tövləyə soxulub və 30 baş qoyunu parçalayıb. Qoyunlardan 20-i ölüb,10-u yaralanıb.
Faktla əlaqədar Oğuz Rayon Baytarlıq İdarəsinin əməkdaşları hadisə yerində dezinfeksiya və profilaktik tədbirlər aparıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/oguzda-canavarlar-30-bas-qoyunu-parcalayibyhuji

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR