Xızıda müvafiq sənədləri olmayan 110 ədəd toyuq aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində qida zəncirinin bütün mərhələlərində nəzarət tədbirlərini davam etdirir.

Metbuat.az xəbər verir ki, qida məhsulLarının daşınması qida zəncirinin mühüm tərkib hissələrindən biri olduğundan Agentlik tərəfindən bu sahədə mütəmadi olaraq monitorinqlər aparılır. Növbəti bu cür monitorinqlər zamanı Xızı rayonu, Sitalçay kəndi ərazisində S.Səlimova məxsus “VAZ-21043” markalı avtomobildə 110 ədəd diri toyuğun baytarlıq şəhadətnaməsi olmadan, standartlara uyğun olmayan şəraitdə daşındığı müəyyən edilib.

Toyuqların istehlaka yararlılığı şübhə doğurduğundan onlardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib. Laborator müayinələrin nəticələrinə uyğun olaraq qanunvericiliyin tələblərinə çərçivəsində müvafiq tədbirlər görüləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR