Azərbaycanın Macarıstandakı səfirliyində Novruz bayramı münasibətilə tədbir olub

Azərbaycanın Macarıstandakı səfirliyində Novruz bayramı münasibətilə tədbir olub
06:02 21 Mart 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

Cari il 19 mart tarixdə Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi tərəfindən Novruz bayramı münasibətilə tədbir təşkil edilib. Tədbirdə Macarıstanda təhsil alan yüzə yaxın azərbaycanlı tələbələr qatılıb.
“Report” xəbər verir ki, tədbirdə çıxış edən səfir Vilayət Quliyev tələbələri Novruz bayramı münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırıb və bayramın adət-ənənələri barədə məlumat verib.
Səfir xalqımızın zəngin milli köklərinə söykənən və dərin tarixi yaddaşından süzülüb gələn Novruz bayramının YUNESKO tərəfindən qeyri-maddi-mədəni irs siyahısına daxil edilməsi, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyası tərəfindən mart ayının 21-i tarixinin “Beynəlxalq Novruz Günü” elan olunması və Novruzun 3000 ildir ki, Balkanlar, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edildiyi barədə danışıb.
Ölkəmizin son illərdə əldə etdiyi uğurlardan bəhs edən səfir V.Quliyev Macarıstanda təhsil alan azərbaycanlı tələbələrin sayının hər il artmasını müsbət məqam kimi qeyd edib. Bu ölkədə təhsil alan tələbələrimizə Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətin diqqətinə çatdırılması, qədim tarixə malik zəngin mədəni irsimizin təbliği istiqamətində fəallıq göstərməyi tövsiyə edib.
Tədbirdə Azərbaycan mətbəxinin ləziz xörəkləri, o cümlədən plov, habelə müxtəlif növ Novruz şirniyyatlaımızın bəzədiyi zəngin süfrə açılıb, samovar çayı dəmlənilib və səfirliyin həyətində Novruzun əsas atributlarından biri olan tonqal qalanıb.








Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/macaristandaki-sefirlikde-novruz-bayrami-munasibetile-tedbir-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR