iOS 13-ün təqdimat tarixi açıqlanıb

iOS 13-ün təqdimat tarixi açıqlanıb
07:32 21 Mart 2019
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "Apple" şirkəti "WWDC 2019" konfransında "iOS" mobil əməliyyat sisteminin 13-cü versiyasını təqdim edəcək. Bu haqda "The Verge" nəşri yazıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, tədbir 3 iyunda ABŞ-ın San-Xose Sərgi Mərkəzində keçiriləcək. Mütəxəssislərin fikrincə, yeni əməliyyat sistemində bir sıra ciddi dəyişikliklər gözlənilir. Məsələn, yeniliklərdən biri qara rəngli interfeys olacaq. "Ridus" nəşri yazır ki, belə interfeys artıq "macOS Mojave" sistemində nəzərdə tutulub, ancaq indiyədək "iPhone" və "iPad" cihazlarında yox idi.
 
Həmçinin şirkət süni intellekt, sağlamlıq, fitnes, əlavə reallıq sahələri və başqa istiqamətlərdə öz nailiyyətləri barəsində söz açacaq və dəvət edilmiş mütəxəssislər bir sıra praktik məşğələ və seminarlar keçirəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/740345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR