WhatsApp-da artıq brauzer var

WhatsApp-da artıq brauzer var
08:12 21 Mart 2019
Ölkə mətbuatı
A- A+

Tezliklə populyar "WhatsApp" messenceri linklərə baxış üçün daxili brauzerlə təchiz ediləcək.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki,  daxili brauzerin köməyi ilə veb səhifələri birbaşa "WhatsApp" messenceri daxilində açmaq mümkün olacaq. Beləliklə, göndərilmiş linklərə daxil olmaq üçün "WhatsApp"dan çıxmaq lazım olmayacaq. Bu, istifadəçinin vaxtına qənaət etməyə, həmçinin spam və saxta mesajlarla mübarizə aparmağa imkan verəcək.
 
Messencerə quraşdırılmış brauzer istifadəçiləri zərərverici veb səhifələrə yönəldən linklər haqqında xəbərdar edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/740340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR