Airbus birnəfərlik dron-taksi yaratdı

Airbus birnəfərlik dron-taksi yaratdı
08:47 21 Mart 2019
Ölkə mətbuatı
A- A+

Airbus şirkəti şaquli olaraq qalxıb eniş edə bilən ilk dron-taksini yaratdı.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Airbus kimi nəhəng avia şirkət tərəfindən həyata keçirilən 'Vahana' adlı layihə xəyalları gerçəyə çevirmək adına ilk nəqliyyat vasitəsinə qovuşdu. Şirkət, şaquli olaraq qalxıb enə bilən birnəfərlik pilotsuz dron taksi yaratdı.

Sərnşinləri ən çox 100 kilometr uzaqlığa daşıya biləcəyi açıqlanan bu sərnişin təyyarəsi, keçən il ilk uçuş sınaqlarını reallaşdırmışdı. Keçən ildən bu yana hazırlanan dron-taksi, 5 saat davam edən tam 50 sınaq uçuşunu müvəffəqiyyətlə tamamladı.

Airbus şirkətinin rəhbərinin köməkçisi Zak Loverinq, bu tip təyyarələrin qısa məsafədə şəhər səfərlərində istifadə edilə biləcəyini və elektrikli təyyarələrin istehsal edilməsinin lazım olduğunu vurğuladı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/740329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR