Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi
09:47 21 Mart 2019
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycana yaz gəlib.

Milli.Az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Trend-ə bildirib ki, ölkəmizə yaz fəsli gecə saat 01:58-də daxil olub.

Xatırladaq ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri elan olunub. Bayram günü hesab edilən 23 və 24 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab edilir. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləridir.

Qeyd edək ki, bu il iyunun 21-i saat 19:54-də yay, sentyabrın 23-ü 11:50-də payız, dekabrın 22-si 08:19-da isə qış fəsli ölkəmizə qədəm qoyacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/740671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR