Cəlilabadda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Cəlilabadda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
12:02 21 Mart 2019
53 Digər
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıb.
"Report"un Muğan bürosunun məlumatına görə, saxlanılan rayon sakini Səbuhi Məmmədovun üzərinə keçirilən baxış zamanı 1 bükümdə 1,054 qram narkotik vasitə - heroin aşkarlanaraq götürülüb.
Araşdırmalarla S.Məmmədova narkotiki satan şəxsin rayonun Astanabad kənd sakini Mirrahim Zülfüqarov olduğu müyyən edilib. 
Keçirilən əməliyyat-axtarış tədbirləri ilə saxlanılan M.Zülfüqarovun üzərindən 2 bükümdə, ümumi çəkisi 16,307 qram narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/celilabadda-narkotik-satan-sexsler-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR