Qaynar çay və qəhvənin böyük zərəri aşkarlandı

Qaynar çay və qəhvənin böyük zərəri aşkarlandı
12:12 21 Mart 2019
Ölkə mətbuatı
A- A+

Beynəlxalq alim qrupu çayın və ya qəhvənin qaynar içilməsinin qida borusu xərçənginin meydana gəlmə və inkişafı riskini artırdığını müəyyən edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, elmi araşdırmanın nəticələri "EurekAlert!" nəşrində dərc olundu.

Alimlər 40-75 yaşları arasında 50 mindən çox insan arasında qidalanma vərdişlərini araşdırıb və orta hesabla 10 il müşahidələr aparıb. Tədqiqat qrupu bu müddət ərzində 317 nəfərə qida borusu xərçəngi diaqnozu qoyulub.

Alimlər belə bir nəticəyə gəlib ki, gündəlik olaraq temperaturu 60C-dən yüksək olan 700 ml-dən çox çayın və ya qəhvənin içilməsi, sözügedən ölümcül xəstəliyin inkişafı riskini 90 faiz artırır. Alimlər bu riski aradan qaldırmaq üçün qaynar çayı soyuduqdan sonra, ilıq içməyi tövsiyə edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/740699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR