Təranə "qara siyahı"dan çıxdı - FOTO

Təranə "qara siyahı"dan çıxdı - FOTO
12:42 21 Mart 2019
123 Şou
Ölkə mətbuatı
A- A+

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) və müğənni Təranə Qumral barışıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Təranə və Musa Musayev Tolikin "Hər şey daxil" verilişinin bayram buraxılışında yer alıblar. Onlar barışdıqlarını efirdə nümayiş etdiriblər. 

Qeyd edək ki, Yeni il ərəfəsində Təranə ilə Tolik çəkiliş zamanı dava etmişdi. Verilişə çəkiliş üçün gələn Nazənin Təranənin studiyada olduğu eşidib başqa məkanda onun getməsini gözləyib. Bundan xəbər tutan Təranə isə oxuyub bitirsə də, studiyadan getməyəcəyini deyib və dava edib. 

"Xəzər" telekanalının mühafizəçiləri Təranəni studiyadan güclə çıxarıblar. Həmin hadisədən sonra ifaçı kanalda "qara siyahı"ya düşüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/740704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR