Britaniyada dörd məscidə hücum – FOTO

Britaniyada dörd məscidə hücum – FOTO
15:22 21 Mart 2019
104 Dünya
Ölkə mətbuatı
A- A+

Britaniya polisi cümə axşamı Birminqem şəhərində dörd məscidə edilən vandal hücumu ilə əlaqədar istintaq aparır.  Naməlum şəxs dörd ayrı məhəllədə yerləşən məscidin şüşələrini qırıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu haqda Uest-Midlends qraflığının polis idarəsi məlumat  yayıb.

"Hələlik ötən gecə baş verən  bu hücumların motivləri məlum deyil", -deyə polis rəsmisi Deyv Tompson bildirib.

Rəsmi məlumata görə, ilk insident yerli vaxtla 02.30 (Bakı vaxtı ilə 06.30 radələrində) baş verib. Naməlum şəxs ağır çəkiclə məscidlərdən birinin şüşələrini qırıb. Sonradan polisə şəhərin üç başqa məscidinin də anoloji hücumlara məruz qalması ilə bağlı şikayət daxil olub.

Cinayətkarın yaxalanması istiqamətində işlər aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/740748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR