Qar uçqunu səbəbindən tutulmuş Quba-Xınalıq yolu təmizlənir

Qar uçqunu səbəbindən tutulmuş Quba-Xınalıq yolu təmizlənir
15:42 21 Mart 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Quba-Xınalıq yolunda qar uçqununun təmizlənməsi istiqamətində işlər üçün 5 texnikasını cəlb edib”.
“Report” xəbər verir ki, bu barədə məlumatı AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli yayıb.
Onun sözlərinə görə, həm Quba, həm də Xınalıq istiqamətindən texnikaların köməyi ilə yoldan qarın təmizlənməsi işləri aparılır: “Artıq yolun 35-ci km-nə qədər yol qardan təmizlənib”.
“Hazırda işlər hər iki istiqamətdən olmaqla 35-36-cı km-lik ərazidə aparılır. Yaxın saatlarda yolun tam olaraq açılması nəzərdə tutulub”, - o vurğulayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/qar-ucqunu-sebebinden-tutulmus-quba-xinaliq-yolu-temizlenir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR