Tərtərdə yeznəsini odlu silahla hədələyən şəxs saxlanılıb

Tərtərdə yeznəsini odlu silahla hədələyən şəxs saxlanılıb
19:17 21 Mart 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

Kəlbəcər sakini Tərtər rayonunda yeznəsini odlu silahla hədələyib.
"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, Kəlbəcər rayon sakini Vahid Əsədov bacısının həyat yoldaşı H.İsmayılovun Tərtərin Səhləbad kəndindəki evinin qarşısına gələrək münaqişə zəminində ov tüfəngindən havaya bir neçə dəfə atəş açıb
Hadisədən xəbər tutan Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları bu istiqamətdə əməliyyat axtarış tədbirləri həyata keçirib. V.Əsədov polis əməkdaşları tərəfindən saxlanılıb və ondan "Françi" markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Tərtərdə qadının bank hesabından 3416 manat çıxararaq oğurlayan şəxslər saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/terterde-yeznesini-odlu-silahla-hedeleyen-sexs-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR