"Çempion olmaq istəyirik" - Filip Ozobiç

"Çempion olmaq istəyirik" - Filip Ozobiç
19:37 21 Mart 2019
74 İdman
Ölkə mətbuatı
A- A+

"Hazırda "Neftçi" ilə eyni xala sahibik və birinci-ikinci yerləri bölüşdürürük".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç deyib. Topaz Premyer Liqada "Neftçi" ilə çempionluq yarışını dəyərləndirən futbolçu mövsümün sonunda titul qazanmaq istədiklərini bildirib:

"Mövsümün sonunda titul qazanmaq istəyirik. Əgər alınsa, bu, "Qarabağ"ın ardıcıl 6-cı çempionluğu olacaq. Karyeramda yeganə çempinluğu Rusiyada, Moskva "Spartak"ının B komandası ilə qazanmışam. "Qəbələ"dəki ilk mövsümümdə də belə bir şansım var idi, amma sonra hədəflərimizdən bir qədər uzaqlaşdıq".

Qeyd edək ki, hazırda "Neftçi" və "Qarabağ" 45 xalla ilk iki sıranı bölüşdürür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/740774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR