Ağcabədidə restorandan oğurluq edən şəxslər saxlanılıb

Ağcabədidə restorandan oğurluq edən şəxslər saxlanılıb
20:17 21 Mart 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

Ağcabədi rayonunda restorandan oğurluq edən ofisiant tutulub.
"Report" Qarabağ Mərkəzinin verdiyi məlumata görə, yerli sakin Rüstəm Quliyev Ağcabədi rayon Polis Şöbəsinə müraciət edərək, ona məxsus restorandan 540 manat dəyərində spirtli içkilərin oğurlandığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Əlimərdan İsmayılov və dostu Elvin Hüseynov saxlanılıb. Məlum olub ki, restoranda ofisiant işləyən Ə.İsmayılov bahalı spirtli içkilərin saxlandığı yer barədə E.Hüseynova məlumat verib və onlar gecə saatlarında oğurluq hadisəsi törədiblər.
Faktla bağlı araşdırma aparılır.
Ağcabədidə rayonunda polisə oğurluq hadisəsi barədə yalan məlumat verən gənc qadın saxlanılıb.





Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agcabedide-restorandan-ogurluq-eden-sexsler-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR