Azərbaycan uşaqlarla səyahət üçün ən yaxşı ölkələr sırasında

Azərbaycan iki yaşa qədər uşaqlarla səyahət etmək üçün ən yaxşı ölkələr siyahısına daxil edilib.

Metbuat.az xəbər verir ki, Rusiyanın “Tutu.ru” vahid səyahət servisi 2018-2019-cu illərdə alınmış aviabiletləri təhlil edərək belə qənaətə gəlib ki, iki yaşa qədər uşaqları olan valideynlər əsasən ölkə daxilində, xüsusilə də Moskva və Sankt-Peterburqa səyahət edirlər.

Belə valideynlərin 12 faizi yaxın xaricə, o cümlədən Azərbaycan, Moldova, Gürcüstan, Tacikistan, Özbəkistan və s. səyahət edirlər. İki yaşınadək uşaqla uzaq xaricə səyahətə çıxanlar isə yalnız 12 faiz təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR