Sübh və şam namazlarından sonra oxunan bu qısa dua...

Sübh və şam namazlarından sonra oxunan bu qısa dua...
23:22 21 Mart 2019
Ölkə mətbuatı
A- A+

İnsana bəla və giriftarlıqların nazil olması bəzən imtahana çəkilməsinə görə olar, bəzən də əməllərinin və günahlarının təsirindən olar. Hər bir halda bu bəlalar insana ziyan vurmaq üçün deyil, onu təkamül etdirmək üçün nazil olar. Əgər insan bu bəlalara səbir edər və dözüm göstərərsə, Allah ona yardım edər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Allah Təala buyurur: "İzzət və Cəlalıma and olsun ki, Mən Öz bəndəmi giriftar edirəm ki, Məni çağırsın və onun səsini eşidim. Ancaq kafir hər nə istəyirsə verirəm ki, onun fəryadını eşitməyim"".

Məsumlarımız (ə) bizə bəlalara qalib gəlmək üçün dualar və əməllər tövsiyə etmişdilər ki, onların ikisi ilə tanış olaq:

1. Hədislərdə oxuyuruq ki, hər kim sübh və şam namazlarından sonra bu duanı 100 dəfə deyərsə, Sübhan Allah 100 bəlanı ondan dəf edər.

بسم اللَّه الرّحمن الرّحیم لا حول و لا قوّة الّا باللَّه العلىّ العظیم‏"

"Bismilləhir-Rahmənir-Rahim. Lə həulə və lə quvvətə illə billəhil-aliyyil-azim".

2. Başqa bir hədisdə oxuyuruq ki, nə zaman bəla nazil olar, əl və ayaqlarınızı paltardan dirsək və dizə qədər azad edin. Əl-ayağınızı yerə qoyun və sinənizi yerə yapışdırın. Hacətinizi Allahdan səcdə halında istəyin və bu duanı oxuyun:

"اللَّهمّ انّی أسألک بنورک
الّذى لا یطفى و بعزائمک الّتى لا تخفى و بعزّتک الّتى لا تنقضى و بنعمتک
الّتى لا تحصى و بسلطانک الّذى کففت به فرعون عن موسى(ع)"
Sonra səcdədə 100 dəfə bu zikri deyin:

"  يَا حَيُّ يَا قَيُّومُ يَا لَا إِلَهَ إِلَّا أَنـْتَ
بـِرَحـْمـَتـِكَ أَسـْتَغِيثُ فَاكْفِنِي مَا أَهَمَّنِي وَ لَا
تَكِلْنِي إِلَى نَفْسِي

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/740316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR