İraqda bərə qəzaya uğrayıb: 85 ölü - YENİLƏNİB - FOTO

İraqda bərə qəzaya uğrayıb: 85 ölü - YENİLƏNİB - FOTO
23:27 21 Mart 2019
88 Dünya
Ölkə mətbuatı
A- A+

23:17

İraqın Mosul şəhərində bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 85-ə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölənlərin əksəriyyəti üzməyi bacarmayan qadın və uşaqlar olub

KİV-lərin məlumatına görə, bərə Dəclə çayı ilə hərəkət edib. Bərənin qəzaya uğramasına səbəb kimi onun həddindən artıq yüklənməsi qeyd olunur.

22:49

İraqda bərə qəzası nəticəsində ölənlərin sayı 72-yə çatıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 

bərədə 40 nəfər üçün yer nəzərdə tutulsa da, qəza baş verən an su nəqliyyatı vasitəsində 150-dən çox adam olub.

18:07

İraqın Mosul şəhəri yaxınlığında bərə qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ""RİA Novosti"yə ölkənin təhlükəsizlik xidmətlərindəki mənbə bildirib.

Onun sözlərinə görə, bərənin qəzaya uğraması nəticəsində 45 nəfər həlak olub: "Axtar və xilasetmə işlər davam etdirilir"

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/740768.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR