Hollandiya və Belçika AVRO-2020-nin seçmə mərhələsinə qələbə ilə başlayıb

Hollandiya və Belçika AVRO-2020-nin seçmə mərhələsinə qələbə ilə başlayıb
02:02 22 Mart 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsi start götürüb.
"Report"un məlumatına görə, ilk oyun günündə 4 qrupda 10 qarşılaşma təşkil olunub. E qrupunda mübarizə aparan Azərbaycan komandası səfərdə Xorvatiyaya uduzub - 1:2. Qrupun digər oyununda isə Slovakiya Macarıstanı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
A qrupunun favoritlərindən Hollandiya ilk matçda böyük hesablı qələbə qazanıb. Komanda evdə Belurusu dörd cavabsız qolla üstələyib.
Dünya çempionatının bürünc mükafatçısı Belçika da seçmə mərhələyə uğurlu start verib. Komanda doğma meydanda Rusiyanı 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.
AVRO-2020, seçmə mərhələ
I tur
21 mart
C qrupu
Hollandiya - Belarus - 4:0
Qollar: Memfis Depay, 1. 55 (pen), Jorjinyo Veynaldum, 21. Vircil Van Deyk, 86
Şimali İrlandiya - Estoniya - 2:0
Qol: Nayal Makqinn, 56. Stiven Devis, 75 (pen)
E qrupu
Xorvatiya - AZƏRBAYCAN - 2:1
Qollar: Borna Barişiç, 44. Andrey Kramariç, 79 - Ramil Şeydayev, 19
Slovakiya - Macarıstan - 2:0
Qol: Andrey Duda, 42. Albert Rusnak, 85
G qrupu
Avstriya - Polşa - 0:1
Qol: Kşiştof Pyontek, 68
İsrail - Sloveniya - 1:1
Qol: Eran Zahari, 55 - Andraz Sporar, 48
Makedoniya - Latviya - 3:1
Qollar: Ezqan Alionski, 11. Elif Elmas, 29. 90 - Vyaçeslavs İsayevs, 87
I qrupu
Qazaxıstan - Şotlandiya - 3:0
Qollar: Yuri Pertsuk, 6; Yan Voroqovski, 10. Baxtiyor Zaynutdinov, 51
Kipr - San-Marino - 5:0
Qollar: Pieros Sotiriy, 19(pen).23(pen), İoannis Kousoulos, 26. Georgios Efrem, 31. Konstantinos Layfis, 56
Belçika - Rusiya - 3:1
Qol: Yuri Tilemans, 14. Eden Azar, 45 (pen). 88 - Denis Çerışev, 16
Qeyd edək ki, AVRO-2020-nin final mərhələsi qitənin 12 şəhərində, o cümlədən, Bakıda təşkil olunacaq. 24 komandadan 4-cü UEFA Millətlər Liqasından, 20-si isə hər qrupda ilk 2-si olmaqla, seçmə mərhələdən vəsiqə qazanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avro-2020-secme-qrup-merhelesi-start-goturub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR