KİV: Dünya çempionu "Real Madrid"dən ayrılmaq istədiyini söyləyib

KİV: Dünya çempionu "Real Madrid"dən ayrılmaq istədiyini söyləyib
15:12 22 Mart 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Fransa millisinin futbolçusu Rafael Varan İspaniyanın "Real Madrid" komandasından ayrıla bilər.
"Report" "Marca"ya istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi komanda yoldaşlarına yayda klubu tərk etmək istədiyini söyləyib.
O, Madrid təmsilçisinin abu-havasından yorulduğunu və özünü yeni bir kollektivdə sınamaq istədiyini bildirib.
Qeyd edək ki, Rafael Varan 2011-ci ildən "Real Madrid"də çıxış edir. Müdafiəçi bu müddət ərzində 4 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə isə İspaniya La Liqasının qalibi olub. O, Fransa yığmasının heyətində 2018-ci ildə keçirilmiş dünya çempionatında da qızıl medal qazanıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ki-v-dunya-cempionu-real-madrid-den-ayrilmaq-istediyini-soyleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR