"Sənə qurban olum, səni həmişə gözləyəcəm".

Həyat yoldaşını itirən əməkdar artist Gülbahar Şükürlüdən ürək dağlayan etiraf gəlib.

Metbuat.az xəbər verir ki, mərhum həyat yoldaşı ilə fotosunu “İnstagram” hesabından paylaşan G.Şükürlü bu sözləri yazıb:

"Artıq beynim donub, nə danışdığımı belə bilmirəm. Sənsiz çox darıxıram. Heç kim mənə təsəlli verə bilmir. Zahid, bu gün də səni çox gözlədim gəlmədin. Sənə qurban olum, səni həmişə gözləyəcəm".

Qeyd edək ki, əməkdar artistin həyat yoldaşı 3 ay əvvəl dünyasını dəyişib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR